Şahmatçılarımız: 1 qələbə 1 heç-heçə

post-img

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına Azərbaycan millisi qələbə ilə start verib. 

İlk turda Paraqvay təmsil­çilərini 4-0 məğlub edən yığ­mamız 2-ci turda “Qazaxıstan 2” komandası ilə heç-heçə oy­nayıb. 

Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Aza­dəliyev və Nərmin Abdinova çıxış edir. Komandanın kapitanı Fərid Abbasovdur.

Yarışda 47 ölkədən 63 ko­manda mübarizə aparır.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman