Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında komandamız daha bir medal qazanıb.
Bu dəfə Azərbaycan parataekvondoçusu Sabir Zeynalov 58 kq çəki dərəcəsində 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycan paracüdoçuları Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionatının qızıl medalını qazanıblar. İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medala sahib olublar.
Leyla SABİRQIZI, “Xalq qəzeti”