Monqolustanda Türk tarixi abidələri tapılıb

post-img

Monqolustanda səfərdə olan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Arxanqay vadisində aparılan “Nomqon 2023” elmi arxeoloji ekspedisiyasının nəticələri ilə tanış olub.

Bu barədə Beynəlxalq Türk Akade­miyasından məlumat verilib.

Bildirilib ki, ötən il Nomqon düzün­də Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının birgə apardığı elmi arxeoloji ekspedi­siya nəticəsində Kutluk İlteriş Kağana həsr olunmuş kompleks aşkar edilib. Abidə kompleksi bütün xüsusiyyətlə­rinə görə Bilge Kağan və Kültegin abi­dələrinə bənzəyir.

Bundan əvvəl Beynəlxalq Türk Akademiyası Monqolustanda Şive­et-ulan abidəsində arxeoloji qazıntı­lar aparıb, 2016-cı ildə vadiyə xüsusi ekspedisiya təşkil edib. Kutluk xanları dövründə tikilmiş mərasim komplek­sində abidə daşı və müxtəlif əşyalar aşkarlanaraq onların tarixləri müəyyən edilib. Mərasim kompleksi 2018-ci ildə mühafizə edilmək üçün hasara alınıb. Bu işlərin davamı olaraq 2019-cu ildə Nomqon qazıntılarına başlanılıb. Bu il aparılan qazıntılar nəticəsində Türk xaqanlığı dövrünə aid mühüm tapıntı­lar aşkar edilib.

Şahin Mustafayev Nomqon komp­leksindən 80 kilometr aralıda yerləşən Ötüken düzündəki Kültegin və Bilgə Kağan kompleksləri ilə də tanış olub, vaxtilə qədim Karakorim şəhərinin ol­duğu yerə baş çəkib.

“Xalq qəzeti”

Son xəbərlər