“Qarabağ”ın heç-heçəsi də Azərbaycana xal gətirdi

post-img

UEFA reytinqində Azərbaycan növbəti xallarını qazanıb.

Ölkə çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mər­hələsində Polşa təmsilçisi “Rakuv”la evdə 1:1 hesablı heç-heçə qeydə alın­dığı oyun sayəsində ölkə reytinqinə 0,125 xal əlavə olunub. 

Bununla da milli futbolumuzun son 5 mövsümdəki ümumi xallarının sayı 15,250-yə çatıb. Bu nəticə ilə Azər­baycan reytinqdə 29-cu pilləni tutur. İngiltərə 88,928 xalla reytinq cədvəlinin lide­ridir.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman