“Neftçi” və “Sabah” növbəti mərhələyə yüksəlib

post-img

Dünən Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” Slove­niyanın “Jelezniçar” komandasını qəbul edib.

Oyunun birinci hissəsində mey­dan sahibləri hesabda önə çıxıblar – 1:0. 20-ci dəqiqədə Sayef topu rəqib qapısından keçirib. 68-ci dəqiqədə isə Eddi İsrafilov baş zərbəsi ilə fərqi artırıb – 2:0.

UEFA Konfrans Liqasında müba­rizə aparan “Sabah” klubu da növ­bəti mərhələyə yüksəlib. Bakı klubu öz meydanında Latviyanın “RFŞ” komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğra­daraq üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Ölkəmizin UEFA Konfrans Liqasında digər təmsilçisi “Qəbələ” isə dünənki ca­vab görüşündə də “Omoniya”ya uduzub. Kipr təmsilçisi bu dəfə böyük hesabla qalib gəlib – 4:1. Beləliklə “Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb.

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman