“Neftçi” - “Jelezniçar” matçı üçün onlayn biletlərin hamısı satılıb

post-img

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” - “Jelezniçar” matçı üçün “Iticket.az” saytında yerləşdirilən biletlərin hamısı satılıb.

Bu barədə “Neftçi” klubunun “Facebook” səhifəsində məlumat paylaşılıb. Xəbərdə deyilir ki, bundan sonra yalnız 1A sektoru üçün oyun günü bilet əldə etmək mümkün olacaq.

Qiyməti 3 manat olan biletlər saat 10:00-dan etibarən görüşün reallaşacağı 8-ci km stadionunun kassalarında satışda olacaq.

Qeyd edək ki, "Neftçi" Bosniya və Herseqovina təmsilçisi ilə səfərdə keçirilən qarşılaşmadan bərabərliklə (2:2) ayrılmışdı.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman