“Qarabağ”–“Rakuv” azarkeş sayına görə 6-cı oldu

post-img

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarını (12 qarşılaşma) stadionlardan, ümumilikdə, 73 min 278 tamaşaçı izləyib. 

“Qarabağ”–“Rakuv” qarşılaşması bu göstəriciyə görə 6-cı pillədə qərarlaşıb. Matçı 5 min 451 azarkeş izləyib. Ən çox azarkeş sayı “Servette” (İsveçrə) – “Genk” (Belçika) matçında qeydə alınıb. Oyunu 18 min 26 nəfər izləyib. 

Xatırladaq ki, “Qarabağ” həmin oyunda “Rakuv”a 2:3 hesabı ilə uduzub.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman