“Sabah” ilk dəfə Azərbaycana xal qazandırıb

post-img

“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb.

Bakı klubunun avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Təm­silçimiz UEFA Konfrans Liqasının II təsni­fat mərhələsində Latviya təmsilçisi RFŞ-ni səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub. Ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.

Son beş mövsümdəki ümumi xalları­nın sayı 15 minə çatan Azərbaycan rey­tinqdə 29-cu pillədə qalıb.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman