Maribor qızılları...

post-img

Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı davam edir.

Festivalın beşinci günündə cüdo üzrə Azərbaycan koman­dasının 3 üzvü tatami üzərinə çıxıb.

Təmsilçilərimizdən yalnız cüdoçu Süleyman Şükürovun (73 kq) çıxışı uğurlu olub. Finala qədər bütün rəqiblərini məğlub edən idmançımız yalnız həlledici mərhələdə rumıniyalı David Qaliqaya məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, festivalda cüdo komandamızın üzvləri bundan əvvəl 6 medal qaza­nıblar. Komandamızın aktivinə qızıl medalları Vüsalə Hacıyeva (48 kq) və Xədicə Qədəşova (52 kq) yazdırıblar. Məhəmməd Musayev (60 kq), Cəsur İbadlı (66 kq), Nihad Məmişov (50 kq) və Ayxan Mirzəzadə (55 kq) üçüncü yerləri tutublar.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman