“Barbi” “Oppenheimer”i üstələyib

post-img

“Barbi” filmi onunla ilə eyni zamanda təqdim olunan “Oppenheimer”i üstələyib. Belə ki, iki böyük şirkətin filmlərinin bir həftəlik gəlirləri açıqlanıb.

“Barbi” filmi 155 milyon dollardan çox gəlir əldə edərək, ABŞ-da indiyə qədər qadın rejissorun çəkdiyi ən uğurlu film olub. O hətta, 2019-cu ilin ilk həftəsində 153 milyon dollar qazanan “Captain Marvel”i də geridə qoyub. Kino həmçinin, 2023-cü ilin bugünə kimi olan ən böyük gəlirli yerli film ünva­nını da alıb. Eyni vaxtda buraxılan digər böyük istehsal olan “Oppenheimer” isə 80,5 milyon dollar qazandırıb.

Qeyd edək ki, “Barbi” filmini hazırda bütün kinoteatrlarda izləmək mümkündür.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya