37 dərəcə isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin verdiyi məlumata əsasən iyulun 28-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 20-25°, gündüz 28-33° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunun­dan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 , gündüz 45-50 faiz olacaq. Abşeron çimərlik­lərində dəniz suyunun temperaturu: Şimal çimərliklə­rində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gün­düz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Qərb küləyi əsə­cək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın tem­peraturu gecə 20-24°, gündüz 32-37°, dağlarda gecə 11-16°, gündüz 18-23° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya