“Marca” nəşri yazır ki, PSJ-nin və İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti “Liverpul” və “Atletiko” klublarının maraq dairəsinə düşüb. Mənbə qeyd edir ki, hətta Səudiyyə Ərəbistanının bir neçə klubu da Verattinin transferində maraqlıdır.
Paris təəmsilçisi Verattinin keçidi üçün 70 milyon avro transfer dəyəri müəyyənləşdirib.
Bildirilir ki, italiyalı yarımmüdafiəçi karyerasını Avropada davam etdirmək istəyir.
Qeyd edilir ki, 2022-2023-cü illər mövsümündə italiyalı PSJ-də keçirdiyi bütün oyunlarda 38 oyuna çıxıb və 1 məhsuldar ötürmənin müəllifi olub. Onun PSJ ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub. Lakin 70 milyon avro ödəniş dəyərində Paris təmsilçisi onun digər kluba keçidinə işıq yandıracağını bildirib.
Elçin ABBASOV,
“Xalq qəzeti"