Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun oyunları davam edir.
B qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı ikinci oyununda Ermənistan yığması ilə üz-üzə gəlib. Qarşılaşmaya üstün başlayan U-16 yığmamız qrupun ən önəmli oyununda Ermənistan komandasına 92:58 hesabı ilə qalib gələrək, rəqibini meydançaya çıxmağa peşman edib. U-16 millimizin qrupdakı növbəti rəqibi Albaniya seçməsi olacaq. Oyun iyulun 23-də keçiriləcək.
“Xalq qəzeti”

