Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər davam edir.
Qaxda ilk dəfə şahmat üzrə eyni anda 100 lövhədə seans keçirilib. Seansda Türkan Məmmədyarova, Abdulla Qədimbəyli, Gövhər Beydullayeva və Xanım Balacayeva azyaşlı rəqiblərinə qarşı mübarizə aparıblar.
Azərbaycan Şahmat Federasiyasının təşkil etdiyi seansda qrossmeysterlər cəmi 68 lövhədə qələbə qazanıb, 30 oyun heç-heçə ilə başa çatıb və 2 görüşdə məğlub olublar.
Tədbirin sonunda yeniyetmə şahmatçılara federasiyanın xatirə hədiyyələri təqdim edilib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlər növbəti aylarda Bakıda və digər regionlarda da təşkil olunacaq.
L.SABİRQIZI, “Xalq qəzeti”