Paris Paralimpiadasına daha bir lisenziya

post-img

Komandamız Paris Yay Paralimpiya Oyunlarına növbəti vəsiqəni təmin edib.

Azərbaycan Milli Paralimpiya Ko­mitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Səid Nəcəfzadə Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatında uzun­luğa tullanma növü (7.11 metr) üzrə keçirilən yarışda bürünc medal qazan­maqla, həm də Paris Paralimpiadasın­da iştirak hüququ əldə edib. 

Qeyd edək ki, bundan əvvəl dünya çempionatında qızıl medal qazanan Lamiyə Vəliyeva və 4-cü yerin sahibi Oloxan Musayev Paris Yay Paralimpi­ya Oyunlarına lisenziya əldə ediblər. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman