Avropa çempionatlarında 72 medal

post-img

Bu il Azərbaycan güləşçiləri Avropa çempionatlarında bütün yaş kateqoriyalarında 72 medala sahib olublar.

Onlardan 5-i qızıl, 6-sı gümüş, 3-ü bürünc medal olmaqla 14 mükafat bö­yüklərdən ibarət yığmanın payına dü­şür. 23 yaşadək idmançılardan ibarət komandamız 12 (6 qızıl, 3 gümüş, 3 bürünc), U-20 seçməsi 15 (4 qızıl, 4 gümüş, 7 bürünc), U-17 millisi isə 14 (5 qızıl, 1 gümüş, 8 bürünc) medal qa­zanıblar. 

Millimizin aktivinə ən çox medalı 15 yaşadək güləşçilərdən ibarət koman­damız əlavə edib. Yeniyetmə idmançı­lar Avropa çempionatını 17 medalla (2 qızıl, 6 gümüş, 9 bürünc) bitiriblər.

Sərbəst güləş üzrə əsas milli, eyni növdəki U-23 yığması, yunan-Roma güləşində və sərbəst güləşdə U-20 kollektivi çıxış etdikləri qitə yarışında komanda hesabında çempion olublar.

Qeyd edək ki, 2023-cü ildə güləş üzrə Avropa çempionatı tsikli başa ça­tıb.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman