Təbii ağrıkəsicilər

post-img

Bəzən səbəbini bilmədiyimiz ağrılar bizi narahat edir. Bu narahatlığı ağrıkəsici dərmanlarla aradan qaldırmağa çalışırıq. Unuduruq ki, kimyəvi tərkibli dərmanlar bəzi orqanlara ziyandır. Buna görə də təbii ağrıkəsicilərdən istifadə orqanizm üçün daha məsləhətlidir. Məsələn...

Razyana.– Mədənizdə və böyrəklərinizdə ağrı varsa, onda razyana kökünü və ya toxumunu dəmləyib yemək­dən əvvəl için. Mütəxəssislər sübut ediblər ki, razyana yalnız ağrıkəsici deyil, həm də müalicəvi xüsusiyyətə ma­likdir.

Nanə yağı.– Kəskin ağrıları, spazmaşəkilli tutmaları aradan qaldırır. Mədə yanğısına kömək edir. Gün ərzində 6–12 damcı ilıq suda qəbul edilir. 

Zərifə HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat