Komandamız Paris Paralimpiadasına ilk lisenziya qazanıb

post-img

“Paris-2024” Yay Paralimpiya Oyunlarına komandamız ilk lisenziya əldə edib. İlk lisenziyanı Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev qazanıb.

İdmançımız Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb. O, bu nəticə ilə Paris Paralimpiadasına vəsiqə əldə edib.

Qeyd edək ki, dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.

Xatırladaq ki, Tokio Paralimpiadasında 19 medal - 14 qızıl, 1 gümüş və 4 bürünc qazanan Azərbaycan komandası ümumi sıralamada onuncu pillədə qərarlaşıb.

İdman