III Avropa Oyunlarında daha bir bürünc medal

post-img

Boksçumuz Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarını bürünc medalla başa vurub. Yarımfinal mərhələsində final uğrunda Qabriyel Veoçiçiyə (Xorvatiya) 5:0 hesabla məğlub olan idmançımız üçüncü yerlə kifayətlənib. 

Qeyd edək ki, bu gün komandamızın digər üzvü Məhəmməd Abdullayev yarımfinalda (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) qarşılaşacaq. 

İdman