Çimərlik güləşçilərimiz Fransada 3 medal qazanıblar

post-img

Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi keçirilib.

Azərbaycan Güləş Federasiyasından “Xalq qəzeti”nə bildiriblər ki, ölkəmizi bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb. İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutub.

Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının III mərhələsində 1 qızıl və 2 bürünc medal əldə ediblər.

Qeyd edək ki, IV mərhələ 9-10 sentyabrda Rumıniyanın Konstanta şəhərində keçiriləcək..

İdman