ABŞ Polşanın nüvə silahlarını ərazisində yerləşdirmək istəyini şərh etmir

post-img

Ağ ev Polşanın baş naziri Mateuş Moravetskinin Varşavanın öz ərazisində ABŞ nüvə silahı yerləşdirmək istədiyi barədə bəyanatını şərh etmir. Polşa hakimiyyəti bu addımı Rusiyanın nüvə silahlarının Belarusda yerləşdirməsinə cavab olaraq atmaq niyyətindədir.

“Mənim belə söhbətlər haqqında sizə deyəcək heç bir sözüm yoxdur. Nüvə sistemlərinin yerləşdirilməsi ilə bağlı açıq şəkildə heç nə demirik" – Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə deyib.

Qeyd edək ki, iyunun 30-da Polşanın baş naziri Mateuş Moravetski ölkədə Amerika nüvə silahlarının yerləşdirilməsi xahişi ilə NATO-ya müraciət edib.

NATO-nun nüvə mübadilə proqramı nüvə başlıqlarının öz nüvə silahlarına malik olmayan üzv dövlətlərə verildiyini nəzərdə tutur. Proqram alyansın nüvə çəkindirməsi siyasətinin bir hissəsidir. 2019-cu ilin noyabr ayından mübadilə çərçivəsində ABŞ-ın nüvə silahları Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyə ərazisində yerləşdirilib.

"Xalq qəzeti"

Dünya