Asiman Qurbanlı: “Yenidən qızıl medal qazanmaq istəyirəm”

post-img

Yarım finala vəsiqə qazandığım üçün çox sevincliyəm.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan karateçisi Asiman Qurbanlı III Avropa Oyunları barədə danışarkən bildirib.

Asıman Qurbanlı deyib ki, ötən Avropa Oyunlarının qızıl medalçısı kimi yenidən qalib olaraq, qızıl medal qazanmaq istəyir.

“Görüşlərin hər biri ağır keçir. Çünki rəqiblərimin hər biri güclüdür. Avropanın ən güclü 8 idmançısı bu oyunlarda iştirak edir. İlk rəqibim ispaniyalı idi, ona qalib gəldikdən sonra gürcü rəqibimin üzərində qələbə çalıb yarımfinala yüksəldim. Mənim üçün əsas finaldır. Qalib olaraq himnimizi səsləndirib, bayrağımızı yüksəklərdə dalğalandırmaq istəyirəm”, - deyə idmançı əlavə edib.

İdman