Azərbaycanlı futbolçular Türkiyə klublarında legioner sayılmayacaqlar

post-img

2023/2024 mövsümündə azərbaycanlı futbolçular Türkiyə Superliqasında çıxış edən komandalarda legioner sayılmayacaqlar.

"Report" xəbər verir ki, bununla bağlı Türkiyə Futbol Federasiyası müvafiq qərar qəbul edib.

Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Türkmənistandan olan futbolçular Türkiyə klublarında əcnəbi oyunçu sayılmayacaqlar.

Qeyd edək ki, Superliqada yeni mövsüm avqustun 11-də başlayacaq. Əvvəllər çempionatda iştirak edən komandalara 14 əcnəbi futbolçu ilə oynamağa icazə verilirdi.

İdman