Ceyms Kleverli: Ermənistanla tarixi sülh sazişi əldə etmək olar

post-img

Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli azərbaycanlı həmkarı Ceyhun Bayramovun görüşlə bağlı tviter hesabında paylaşımına şərhində yazıb.

Şərhində Azərbaycanın Ukraynaya humanitar dəstəyinə görə Ceyhun Bayramova təşəkkür edən britaniyalı nazir əlavə edib: “Böyük Britaniya Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir. Ermənistanla tarixi sülh sazişi əldə etmək olar”.

Siyasət