“Neftçi” klubu baş məşqçisi ilə yollarını ayırdı

post-img

“Neftçi” klubu rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verib. Klubun mətbuat xidmətinin məlumatına görə, bu, Müşahidə Şurasının qərarı ilə baş tutub.  

2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyun keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub.

Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sergen Yalçın olacağı gözlənilir.

"Xalq qəzeti”

İdman