Xüsusi olimpiyaçılarımızın ilk uğurları

post-img

Almaniyanın paytaxtı Berlində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında komandamız ilk medallarını qazanıb. Bürünc medalları yığmamızın aktivinə pouerliftinq üzrə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Samir Eminov yazdırıb. 

İdmançımız ağırlığı yerindən qal­dırmada, ağırlığı çiyinə alaraq oturub durmada və uzanaraq ağırlığı sinəyə alaraq qaldırmada bürünc medallar qa­zanıb. Təmsilçimiz üç hərəkətin cəmin­də də bürünc medala layiq görülüb.

Qeyd edək ki, yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin komanda­sı 13 idman növü üzrə mübarizə aparır. Oyunlar iyunun 25-dək davam edəcək.

İdman