Avropa çempionatı – 3 medal

post-img

Avropa Şahmat İttifaqının təşəbbüsü ilə Polşada keçirilən III Avropa Oyunlarına dəstək məqsədi daşıyan cütlüklərin blits üzrə Avropa çempionatı təşkil olunub. 

Şəhriyar Məmmədyarovla Günay Məmmədzadədən ibarət Azərbaycan millisi yarışda 3 medal qazanıb. Belə ki, şahmatçılarımız qrup mərhələsində Niderlanda məğlub olub, ardınca İsra­il komandası ilə heç-heçə edib, Polşa, Rumıniya, Ukrayna və İspaniyaya qalib gəlib. Son turda komandamız Ermənis­tanla heç-heçə oynayıb. 

Qrupda ilk dördlükdə qərarlaşan şahmat duetimiz pley-offa yüksəlib. Da­irəvi sistemlə keçirilən yarışın yekunun­da Günay Məmmədzadə gümüş, Şəh­riyar Məmmədyarov isə bürünc medal qazanıb. 

Yekun sıralamada komandamız tur­nir cədvəlində üçüncü yeri tutaraq daha bir mükafata – bürünc medala layiq gö­rülüb.

İdman