Dünya Qadın Seriyasının növbəti mərhələsi başlayır

post-img

Dünya Qadın Seriyasının "Orlean" mərhələsində yığmamızın və"Neftçi"nin qrupları və oyun təqvimləri müəyyənləşib. Belə ki,  23-24 iyun tarixlərində Fransanın Orlean şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. 

Bu mərhələdə qadın yığma komandamızla yanaşı, "Neftçi" klubu da mübarizə aparacaq. 

"Orlean" mərhələsində yığmamız C qrupunda ABŞ və "Yuanda" (Çin), "Neftçi" isə A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək. "Neftçi" ilk oyununu Bakı vaxtı ilə saat 16:00-da Kanada seçməsinə qarşı keçirəcək. 

Qadın yığmamızın isə qrupdakı ilk oyunu Bakı vaxtı saat 16:50 -də ABŞ millisinə qarşı olacaq. Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

 

A.Elçin,

"Xalq qəzeti"



İdman