Gürcüstanın Batumi şəhərində açıq beynəlxalq turnirdə karateçimiz Ülvi Məmmədov (84 kq) uğurla çıxış edib.
İkinci dan qara kəmər sahibi, dünya çempionu tituluna sahib olan idmançımız keçirdiyi bütün döyüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, qələbəsini Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovanın xatirəsinə həsr edib.
Leyla SABİRQIZI, “Xalq qəzeti”