Gimnastlarımız Misirdə 3 medal qazanıblar

post-img

Aerobika gimnastikası üzrə millimiz “Pharaohs Cup” beynəlxalq turnirində 3 qızıl medal qazanıb.

Misirin paytaxtı Qahirədə keçirilən yarışda böyüklər arasında Vladimir Dol­matov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağa­yeva və Xədicə Quliyeva üçlük proqra­mında fəxri kürsünün ilk pilləsində yer alıblar. 

Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Ka­zımova (üçlük proqramı) qızıl medala sahib olublar.

 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman