Güləş yığmamız Avropada ikinci olub

post-img

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatında Azərbaycan güləşçiləri uğurla çıxış ediblər. Sərbəst güləş üzrə millimizin 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb.

Dörd qızıl və üç bürünc medal əldə edən yığmamız medalların əyarına görə, bütün ölkələri qabaqlayaraq birin­ci yeri tutub. Müqayisə üçün qeyd edək ki, ən yaxın izləyicimiz olan Gürcüstan 2 qızıl, 1 gümüş və 4 bürünc medal qa­zanıb.

Millimiz xal sistemi üzrə sıralamada isə 155 xalla ikinci yerdə qərarlaşıb.

Xatırladaq ki, komandamızın heyə­tində Cəfər Cəfərov (45 kq), Hacı Kəri­mov (55 kq), Camal Abbasov (60 kq) və Yusif Dursunov (110 kq) Avropa çem­pionu olublar. Seyhun Əlizadə (51 kq), Mirzəağa Axundov (65 kq) və İsmayıl Rəhimli (71 kq) isə üçüncü yeri tutub.

 

Leyla SABİRQIZI, “Xalq qəzeti”

İdman