Azərbaycanın minifutbol yığması dünya reytinqində 5-ci pilləyə yüksəlib. Avropa çempionatının qalibi olan komandamızın aktivində 2 min xal var.
Reytinq cədvəlinə 3 min 550 xalla son dünya çempionu Meksika başçılıq edir. Çexiya (2 min 800) ikinci, Rumıniya (2 min 475) isə üçüncü pillədə qərarlaşıb. Dünya Minifutbol Federasiyası (WMF) Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatından əvvəl milli komandaların reytinq cədvəlini açıqlayıb.
Qeyd edək ki, dünya çempionatı Ras-əl-Hayma şəhərində oktyabrın 26- dan noyabrın 4-dək keçiriləcək. Turnirin püşkatma mərasimi iyunun 20-də təşkil ediləcək.
Leyla SABİRQIZI, “Xalq qəzeti”

