"Mançester Siti” ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu

post-img

İngiltərənin "Mançester Siti" futbol klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu. Belə ki, turnirin 2022-2023-cü il mövsümünün final matçında İtaliyanın "İnter" klubu ilə qarşılaşan İngiltərə təmsilçisi minimal hesablı qələbə sayəsində bu uğuru qazandı.

Qeyd edək ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçirilən görüş "Mançester Siti"nin 1:0 hesablı qələbəsi ilə başa çatdı. Oyunda yeganə qolu 
68-ci dəqiqədə Rodri vurdu. Matçın taleyini də elə bu yeganə qol həll etdi.

Elçin ABBASOV,
"Xalq qəzeti"







































İdman