Taekvondoçumuz ilk döyüşdə qalib gəldi

post-img

Bu gün Kristal Zalda taekvondo üzrə 26-cı dünya çempionatının üçüncü gününün görüşləri çərçivəsində taekvondoçularımızdan dayanq üzərinə ilk Əliəskər Əliyev çıxıb.  87 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz on altıda bir final mərhələsi çərçivəsində keçirilən görüşdə 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Əliəskər Əliyev Seneqal idmançısı Ababakar Soumareni məğlub etməyi bacarıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman