Bakıda Kristal Zalda təşkil olunan sayca 26-cı dünya çempionatında iştirak edən Taekvondo üzrə Türkiyə milli komandasının baş məşqçisi Ali Şahin "Xalq qəzeti"nə açıqlama verib.
Təcrübəli mütəxəssis bildirib ki, cari ilin əvvəlindən komanda çox ciddi rejimdə hazırlıq prisosesi keçib. Ali şahin deyib: "Bu ilin əvvəlindən komanda fasiləsiz şəkildə yarışlara hazırlaşıb. İdmançılarımız müxtəlif müsabiqələrdə içtirak etməklə dünya çempionatına hazırlıq keçiblər. Həmin müsabiqələrdə komanda üzvləri yaxşı nəticələr əldə edərək, müxtəlif çəki dərəcələri üzrə medallar qazanıblar. Bakıya gəlməmişdən öncə də komanda ciddi təlim-məşq prosesi keçib. Önəmli olan həmin təlim-məşq toplantılarında taekvondoçularınızın zədə almamasıdır. Komandada hər hansı ciddi bir zədə yoxdur. Bu da bizim üçün bir üstünlükdür. Burada yüksək nailiyyətlər əldə etməyə çalışacağıq. Bu gün iki idmançımız dayanq üzərinə çıxıb və hər ikisi növbəti mərhələyə adlayıb. Ümid edirik ki, onların hər ikisi növbəti mərhələdə də uğur qazanacaqlar.
Buranın geniş və işıqlı zalları həm idmançılar, həm də digər iştirakçılar üçün böyük üstünlük yaradır. İnanırıq ki, buradan Vətənə yaxşı nəticələrlə dönəcəyik. Azərbaycan bizim üçün dost və qardaş ölkədir. Biz burada özümüzə qarşı isti münasibətin şahidi oluruq".
Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"