Ceyms Lebron NBA-dan gedir?

post-img

ABŞ-ın “Los-Anceles Lakers” klubunun basketbolçusu Ceyms Lebron NBA-nın “Pley-off” mərhələsi çərçivəsində “Denver Nuggets”ə 113-111 hesabı ilə 4:0 məğlub olmasından sonra mətbuata açıqlamasında bildirib ki, o, növbəti mövsümdən komandada olmayacaq.  Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

38 yaşlı NBA ulduzu matçdan sonra təşkil olunan mətbuat konfransında iştirak edib. Jurnalistin “Mövsüm bitdi. Təqaüdə çıxmağı düşünürsənmi?” sualına cavabında Lebron deyib: “Aydındır ki, basketbol oynamağa davam etmək barədə düşünəcəyəm. Gələcəyin nə olacağı bəlli deyil. Bu məsələni ətraflı düşünəcəyəm”.

Qeyd edək ki, Ceyms Lebron ardıcıl 3 mövsümdür çempionluğa yüksələ bilməyən “Laykers”in son oyununda 40 xal, 10 ribaund və 9 məhsuldar ötürmə ilə komandasını qələbəyə apara bilməyib.

Onu da əlavə edək ki, təcrübəli basketbolçu və NBA tarixinin bombardiri olan Ceyms Lebron komandası ilə dörd dəfə çempionluq yaşayıb. Bundan başqa, o,  ABŞ milli komandası ilə iki dəfə Olimpiya çempionu titulunu qazanıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman