"Sabah" səfərdə böyük hesablı qələbə qazanıb

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub. Turun son qarçılaşması Sumqayıtda “Kapital Bank Arena”da keçirilib.

"Sumqayıt" klubu doğma meydanda “Sabah”ı qəbul edib. Matç qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın ilk qolunu 34-cü dəqiqədə Con İrasabal vurub. Bundan on dəqiqə sonra 44-cü dəqiqədə Davit Volkov fərqlənib.  İlk hissəyə artırılmış əlavə vaxtın birinci dəqiqəsində  (45+1) isə Kristian da Silva qonaqların üçüncü qolunun müəllifi olub. 

İkinci hissədə də qonaqların üstünlüyü açıq-aşkar hiss olunub. Belə ki, görüşün 74-cü dəqiqəsində Kristian Sebalyos hedabı 4:0-a çatdırıb. Beləliklə, matçın geridə qalan vaxtında hesab dəyişməyib. Görüş bu hesabla yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində  "Zirə" klubu evdə "Kəpəz"lə, "Neftçi" komandası isə "Şamaxı" ilə 1:1 hesablı heç-heçə  edib. "Turan Tovuz" Qəbələdə eyniadlı komandaya 2:1, "Qarabağ" isə səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman