“İnter” 13 ildən sonra Çempionlar Liqasının finalında

post-img

Dünən axşam UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. Turnirin ilk finalçısı İtaliyada keçirilən Milan derbisində müəyyənləşib.

Belə ki, “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Milan”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçda “İnter” rəqibi minimal hesabla məğlub edib– 1:0.

Məlumat üçün deyək ki, komandalar arasında final uğrunda ilk görüşdə də  “İnter” 2:0 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, “İnter” 13 ildən fasilədən sonra yenidən turnirin finalına vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinalın digər oyununda Madrdidin “Real" komandası İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. “Mançester Siti” – “Real Madrid” oyunu bu axşam yerli vaxtla saat 23:00-da 17-də keçiriləcək.

Elçin AĞAMİRZƏ, 
"Xalq qəzeti"

İdman