“Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçiriləcək

post-img

“Park Cinema”da “Yüksək ehtiram və qayğı” filminin təqdimatı keçiriləcək. Təqdimat mayın 19-u saat 11:00-da Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə maliyyələşən və Təfəkkür Gənclər Assosiasiyası, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və Gənc Nəslin Maarifləndirilməsi ictimai birliklərinin həyata keçirdiyi “Müharibə iştirakçılarının maarifləndirilməsinə dəstək” layihəsi çərçivəsində baş tutacaq.

Layihənin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ümüd Orucov “Xalq qəzeti”nə açıqlamasında bildirdi ki, təqdimata şəhid ailələri, qazilər, Prezident Adminstrasiyası, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, YAŞAT fondu, ASAN xidmət əməkdaşları, millət vəkilləri, sənətçilər və gənclər sektoru nümayəndələri dəvət edilib. 

Layihənin əsas məqsədi olan müharibə iştirakçılarının maarifləndirilməsi, dövlətin hərbçilərə, qazi və şəhid ailələrinə diqqəti sənədli filmin əsas xəttini təşkil edir. 

Filmdə bir neçə dövlət qurumunun məsul şəxslərinin təqdim etdiyi statistikalar, analizlər təqdim edilib, ölkə rəhbərliyinin Vətən müharibəsi iştirakçıları üçün dəstəyi, gördüyü işlər işıqlandırılıb.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Son xəbərlər