Azərbaycan Basketbol Liqasının (ABL) "pley-off" mərhələsində NTD və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu keçirilib.
Federasiyadan "Xalq qəzeti"nə bildirilib ki, iki əlavə vaxtın oynanıldığı gərgin və prinsipial görüş “Gəncə” klubunun çətin qələbəsi ilə başa çatıb - 106:103.
Qeyd edilir ki, matçda ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), "Gəncə"dən isə Cared Smol (21 xal, 8 ribaund) olublar.
Bu nəticə ilə yarımfinal seriyasını 2:1 hesablı qələbə ilə tamamlayan "Gəncə" basketbolçuları finala vəsiqə qazanıblar. Komandanın həlledici oyundakı rəqibi "Sabah" kollektivi olacaq.
Elçin ABBASOV,
"Xalq qəzeti"