Azərbaycan Premyer Liqası təmsilçisi “Sabah”la Türkiyə Superliqa klubu “Beşiktaş” arasında keçiriləcək xeyriyyə matçının hakimləri müəyyənləşib.
AFFA-nın məlumatına görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü hakim Tural Qurbanov idarə edəcək. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Onu da əlavə edək ki, “Sabah” -“Beşiktaş” oyunu mayın 13-də saat 18:00-da başlayacaq. Matçdan əldə olunacaq gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.
Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”