“Barselona” Serxio Busketslə yollarını ayırır

post-img

İspaniyanin “Barselona” futbol klubu mövsümün sonunda 34 yaşlı futbolçusu Serxio Busketslə yollarını ayıracaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Bildirilir ki, bu barədə “Barselona”nın “Twitter”  hesabında da paylaşım edilib.

Mənbə yazır ki, 2008-ci il sentyabrın 13-də “Racing Santander”ə qarşı keçirdikləri matçda o vaxt “Barselona”nı çalışdıran Pep Qvardiolanın A komandasının heyətində yer aldığı vaxt Kataloniya komandasında karyerasına başlayan Buskets, ümumilikdə, 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

35 yaşlı kapitan bu müddətdə 3 dəfə UEFA Çempionlar Liqasının, eyni sayda klublararası dünya çempionatının və UEFA Super Kubokunun, 8 dəfə İspaniya La Liqasının, 7 dəfə isə ölkə kubokunun və Superkubokunun qalibi olub.

Elçin ABBASOV,

“Xalq qəzeti”

İdman