“Paris-2024”-ün yeni qaydaları bu gündən etibarən qüvvəyə minir

post-img

Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku 2023” yarışlarının açılış mərasimi keçirilib. Bildirilib ki, yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq Atıcılıq İdman Federasiyası İdarə Heyətinin üzvü Hazem Hüsni açlış mərasimindən sonra jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, güllə atıcılığı üzrə “Paris-2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydalar bugündən etibarən qüvvəyə minib. Belə ki, həmin qaydalar ilk dəfə bu gün – "Dünya Kuboku-2023"-də tətbiq ediləcək. 

Qeyd edək ki, yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.

Elçin AĞAMİRZƏ,

"Xalq qəzeti"

İdman