Futbol üzrə Azərbaycan I Divizionunda “Araz Naxçıvan” – “Səbail-2” oyununun bütün təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasının məlumatına görə, oyunun hakimləri Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov olacaqlar. Matçda hakim-inspektor vəzifəsi Feyzulla Feyzullayevə həvalə olunub. Görüşün AFFA nümayəndəsi Eldəniz Musayevdir.
Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək matç saat 16:00-da start götürəcək.
Elçin ABBASOV,
“Xalq qəzeti”