Paralimpiyaçıların “Paris-2024” hazırlığı

post-img

Tokio Olimpiadasında böyük uğurla iştirak edən Azərbaycan komandası “Paris-2024”də də Azərbayvcanı layiqincə təmsil etmək gücündədir. Bu günlərdə Hannoverdə keçirilən beynəlxalq turnirdə paralimpiya komandamızın əla çıxışı dediklərimizin bariz nümunəsidir. 

Komandanın baş məşqçisi Əfqan Əhmədov “Xalq qəzeti”nə açıqlamasın­da yığmamızın Hannoverdəki yarışda göstərdikləri nəticənin Paris Paralimpi­adasına iştirak üçün geniş imkanlar ya­ratdığını bildirdi: “Hannoverdə keçirilən beynəlxalq turnirdə 20-dən çox ölkə iştirak edirdi. Bu turnirə qədər millimi­zin üzvü Yelena Taranovanın 25, Rafiq Əliyevin 10 metr məsafə üzrə yarışlara dünya çempionatı üçün lisenziyası yox idi. Y.Taranova dünya, R.Əliyev Avropa və dünya çempionatlarına lisenziya qa­zandılar. 

Kamran Zeynalov 50 metr məsafə üzrə gümüş medal qazandı. Komanda hesabında isə 3-cü olduq. Mix yarışın­da Kamran Zeynalov və Yelena Tarano­va pnevmatik tapançadan 10 metrəyə atışda (P6) gümüş medala sahib çıxdı­lar. Şəxsi yarışlarda Aybəniz Babaye­va pnevmatik tapançadan 10 metrəyə atışda (P2) ikinci yeri tutdu. Heyətində Kamran Zeynalov, Rafiq Əliyev və Rə­şad İmaməliyevin yer aldığı kişilərdən ibarət komandada pnevmatik tapança­dan 10 metrəyə atışda (P1) ikinci nəti­cəni göstərdi”. 

Baş məşqçi yarışın çox ağır keçdiyi­ni vurğuladı: “Əslində, yarış bir gündən bir olmalı idi. Amma demək olar ki, olim­piyaçıların proqramına uyğun keçirildi. İdmançılarımızın əzmkarlığı nəticə­sində bütün çətinlikləri geridə qoyduq. Məhz bunun nəticəsində həm dünya, həm Avropa çempionatında tam heyət­lə iştirak edəcəyik. Yəni bütün məsafə üzrə keçirilən yarışlarda iştirak edəcə­yik”. 

Əfqan Əhmədov paralimpiya ko­mandasının əsas hədəfini açıqladı: “Qarşıda bizi Avropa və dünya çem­pionatı gözləyir. Yığmamız yaxşı for­madadır. Dünya və Avropa çempiona­tı Paris Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir. Əsas məqsəd “Paris-2024”ə maksimum lisenziya qa­zanmaqdır. 

 

Leyla QURBANOVA, “Xalq qəzeti”

İdman