Süni intellektin müsbət imkanlarına baxmayaraq, təhlükələri də narahatlıq doğurur. Yeni nəsil texnologiyaların təhlükəsiz istifadəsini təmin etmək üçün “Ağ ev”də texnoloji sammit keçirilib. ABŞ-ın vitse-prezidenti Kamala Harris texnologiya nəhəngləri ilə görüşüb. Bu barədə “bbc.com” saytı məlumat yayıb.
“Google”, “Microsoft” və “OpenAI” kimi aparıcı texnologiya şirkətlərinin baş direktorlarının iştirak etdiyi sammitdə süni intellektin nəzarətsiz inkişafının fırıldaqçılıq riskini artırdığı qeyd olunub. Nəticədə isə məlumatların məxfiliyinin pozulmasına gətirib çıxarılması vurğulanıb.
İclasda iştirak edən ABŞ Prezidenti Co Bayden texnologiya nəhənglərindən “xalqı qorumaq” üçün ciddi addımlar atmalarını istəyib. ABŞ administrasiyası süni intellektin risklərini azaltmaq üçün mühüm addımlar atılacağını bildirib. Bu sahədə fəaliyyət göstərən yeni sahibkarlara 140 milyon dollar veriləcəyi açıqlanıb.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

