Bədii gimnastlarımız dünya kuboku yarışlarında iştirak edəcəklər

post-img

Bildirilir ki, mayın 5-dən 7-dək Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, milli komandamız da turnirdə iştirak edəcək.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Kamilla Seyidzadə təmsil edəcəklər. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkəti komandamız da medallar uğrunda mübarizə aparacaq.

 A.Elçin,
"Xalq qəzeti"

İdman