Millimiz UEFA inkişaf turnirinə qələbə ilə başladı

post-img

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA inkişaf turnirində bu gün ilk oyununu keçirib.

"Xalq qəzeti" AFFA-nın saytına istinadla bildirir ki, Farer adaları komandası ilə qarşılaşan futbolçularımız 4:2 hesabı ilə qələbə qazanıblar.
Komandamızın qollarını 50-ci və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurublar.
Millimiz növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman