"Beşiktaş" Bakıya gələcək

post-img

Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu çərçivəsində Bakıya gələcəyi tarix məlum olub.

Qeyd edilir ki, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına səfər edəcək.

Onu da əlavə edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXXIV turunda istirahət edəcək. Bu fürsətdən yararlanmaq istəyən İstanbul nəhəngi xeyriyyə matçı üçün Bakıya gəlməyin daha məqbu olduğunu açıqlayıb.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman