Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq üzrə milli komandasının daha bir üzvü Talıb Zeynalov Gürcüstanın Tbilisi şəhərində keçirilən dünya kubokunda uğurla çıxış edib.
İdmançımız +107 kiloqram çəki dərəcəsində “gənc idmançılar” kateqoriyasında 146 kiloqram nəticə göstərərək fərdi çəkidə qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında 146 kiloqram nəticə ilə yarışı 5-ci pillədə tamamlayıb.
Komandamızın digər üzvü Şamo Aslanov +107 kiloqram çəki dərəcəsində 3 cəhdin cəmində 595 kiloqram nəticə ilə gümuş medala sahib olub.
Qeyd edək ki, idmançımız fərdi kateqoriyada 205 kiloqram nəticə göstərərək yarışı 4-cü pillədə tamamlayıb.
Millimiz komanda yarışında isə gümüş medal qazanıb.
Beləliklə, 8 idmançı ilə təmsil olunduğumuz dünya kubokunu para-pauerliftinqçilərimiz 7-si qızıl, 4-ü gümüş, 1-i bürünc olmaqla, toplam 12 medalla başa vurublar.

